TƏBİB peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına münasibət bildirib

“Peyvəndlər tibbin ən böyük kəşflərindən biridir. XXI əsrdə peyvəndlərin faydası və əhəmiyyəti müzakirə mövzusu olmamalıdır”.
Avtosfer.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, Milli Peyvənd təqviminə əsasən, 11 növ xəstəliyə qarşı peyvəndləmə həyata keçirilir: “Pandemiya, xüsusilə karantin dövründə rutin immunizasiya və xroniki xəstəliklərin dövrü yoxlanışları ləngiməyə başladı. Bu da öz acı fəsadlarını vaxt keçdikcə göstərəcək. Hətta 1 nəfər peyvəndlənməmiş və peyvənd təqvimini ləngidən uşaq belə olsa, bu, ətrafdakı uşaqlar, istərsə də öz sağlamlığı üçün ciddi təhlükə törədə bilər”. Nəzrin Mustafayeva COVID-19 virusuna yoluxub sağalanların da peyvənd olunmasının vacibliyinə toxunub: “Araşdırmalar göstərib ki, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə belə 4-cü aydan başlayaraq immunitet zəifləməyə başlayır. Bu şəxslərdə hətta bir doza peyvəndlə biz əvvəlki immuniteti bərpa edə bilirik”. O, peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına da münasibət bildirib: “Onların uzun müddət istifadəsinə baxmayaraq, hər bir peyvənd baş verə biləcək əks təsirlər baxımından izlənilməkdədir. Sonsuzluğa bir çox səbəblər ola bilər. Bunların heç birinin peyvəndlə əlaqəsi yoxdur”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











