TƏBİB sərt qapanma olacağı ilə bağlı məsələyə aydınlıq gətirdi

"Bir ildir ki, bu virusla yaşayırıq. Artıq insanlar gedişatın və taktikanın necə olduğunu bilirlər".
Avtosfer.az xəbər verir ki, bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini bildirib:
"Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik, yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil.
Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın və biz normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












