Təcili tibbi yardım avtomobillərindən ibarət "qəbiristanlıq"la bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Təcili tibbi yardım (TTY) avtomobillərindən ibarət "qəbiristanlıq" görənlərin təəccübünə səbəb olub.
Avtosfer.az “Oxu.az”a istinadən xəbər verir ki, həmin TTY avtomobillərinin istismara yararsız olduğu bildirilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) fakt təsdiqlənib. Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin bir sıra stansiya və bölmələrinin həyətində istifadədən kənarda olan ambulanslar mövcuddur.
"Qeyd edək ki, ölkə üzrə təcili tibbi yardım stansiyalarında monitorinq aparılır. Bu proses çərçivəsində bir sıra bölmələrin həyətində park edilmiş və istifadədən çıxarılmış ambulansların balansdan silinməsi istiqamətində işlərə başlanılıb. Artıq 76 ədəd sanitar avtomobilin balansdan çıxarılması üçün müvafiq quruma müraciət olunub və təhvil-təslim prosesi davam etdirilir. Bundan əlavə, bəzi ambulanslar da texniki xidmət göstərilməsi məqsədilə şəhər və rayon üzrə tibb müəssisələrinə təhvil veriləcək.
COP29 zamanı ölkəmizə gətirilən elektrik mühərrikli təcili tibbi yardım avtomobillərinin istifadəyə verilməsi məqsədilə hazırda təhvil-təslim prosesi həyata keçirilir", - deyə məlumatda bildirilir.
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə!
Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək - FƏRMAN
KFC və “McDonald's”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? – EKSPERT RƏYİ
Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO










