Təcili yardım xidməti ödənişli olacaq? - AÇIQLAMA

Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur. Avtosfer.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.
O bildirib ki, belə məsələ gündəmdə yoxdur.
V.Qurbanov xatırladıb ki, əhaliyə göstərilən təcili tibbi yardım xidməti tam ödənişsizdir:
“Bu gün üçün dövlətin bu sahədə əsas hədəfi əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Düzdür, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişlidir. Bu da xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur. Vətəndaşlar bilməlidir ki, xidməti əsassız məşğul etmək həm dövlət büdcəsindən, həm də icbari tibbi sığorta üzrə nəzərdə tutulan fondun maliyyəsindən sui-istifadə hallarına səbəb ola bilər. Bununla belə, hazırda ödənişli xidmət məsələsi gündəmdə yoxdur”.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












