TƏCİLİ : Azərbaycanda əmək haqqı artdı

Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən il yanvarın 1-nə nisbətən 6,4 min nəfər və yaxud 0,4 % artaraq 1705,1 min nəfər olub.
Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, onlardan 904,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 800,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,1 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 13,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 2021-ci ildə ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci illə müqayisədə 3,4 % artaraq 732 təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












