TƏHLÜKƏ DOLU ANLAR: Bakıda qatar relsdən çıxdı - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC Bakının Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində qatarın vaqonlarının relsdən çıxması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, hadisə zamanı 15 deyil, cəmi 3 vaqon relsdən çıxıb: “Hadisə ötən gecə baş verib. Hadisə zamanı heç bir xəsarət alan olmayıb, ziyan qeydə alınmayıb. Qəzanın nəticələri dərhal aradan qaldırılıb və qatar artıq Gürcüstana çatıb”.
*****
10:46
Bakının Nizami rayonunda qatar qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb. Yanacaq məhsulları ilə dolu olan təxminən 15 vaqon relsdən çıxıb və vaqonların aşma təhlükəsi yaranıb. Vaqonların relsdən çıxdığı ərazi Keşlə qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Qəzanın nəticələri aradan qaldırılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















