Təhlükəsizlik kəmərini taxmamaq nələrə səbəb ola bilər? - EKSPERT AÇIQLADI

“Təhlükəsizlik kəmərinin əhəmiyyəti çox böyükdür. Yol-nəqliyyat hadisələrində demək olar ki, 80% sürücünü ölümdən, ağır xəsarətdən qoruyur”. Bu sözləri yol-nəqliyyat hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, çox təəssüf ki, bəzi insanlar hələ də təhlükəsizlik kəmərinin əhəmiyyətini, vacibliyini dərk edə bilməyib: “Təhlükəsizlik kəmərinin heç bir halda zərəri yoxdur. Təhlükəsizlik kəməri yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biridir. Bu baxımdan təhlükəsizlik kəməri ilə bağlı davranış, mədəniyyət formalaşmalıdır. İnsanlar bunun əhəmiyyətini dərk etməli və başa düşməlidirlər ki, təhlükəsizlik kəməri insan həyatını qorumaq üçün hesablanmış bir texnologiyadır və müasir avtomobillərin hamısında da bu kəmər var. Bu baxımdan da təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır və vacibdir. Qəzalarda elə olur ki, avtomobilin içindəki insanlar avtomobildən çölə düşüblər. Ölümün də əsas səbəbi budur. Əgər, təhlükəsizlik kəməri taxılsaydı, bu qəzaların fəsadları daha yüngül ola bilər”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













