Təhsil daha çox qazandırır, yoxsa təhsil almayıb blogerlik etmək? – AÇIQLAMA - FOTO

Əvvəllər uğur qazanmağın yeganə yolu ali təhsil almaq, yaxşı bir ixtisas üzrə universitet bitirmək və sonra ixtisaslı kadr kimi iş həyatına atılmaq idi. Valideynlərin övladlarından ilk gözləntiləri məhz diplom əldə etmək, sabit və gəlirli bir peşə sahibi olmaq idi. Amma zaman dəyişib.
Bugünkü dövrdə isə internetin, sosial medianın, xüsusilə də “TikTok”, “YouTube” və “Instagram” kimi platformaların yüksəlişi ilə yanaşı, bir çox gənc təhsil almadan blogerlik, influenserlik və ya digər yaradıcı sahələrdə uğur qazanmağa başlayıb. Bəziləri günlərlə hazırlaşaraq imtahan verməyə çalışdığı halda, digərləri qısa videolarla, gündəlik paylaşımlarla minlərlə manat gəlir əldə edir.
Bu isə cəmiyyətdə yeni bir sual doğurur: Bu gün təhsil daha çox qazandırır, yoxsa təhsil almayıb blogerliyin dalınca düşənlər?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə təhsilə baxış birtərəfli deyil, daha geniş miqyaslı olmalıdır:

“Təhsil - fərdi şəxsiyyət müstəvisində formalaşdırmalı olan proseslərin ümumi adıdır. Maddi qazanc, ciddi maliyyə fərqi kimi məsələlərə təhsilin əsas funksiyası kimi qəbul etmək olmaz. Doğrudur, ta uşaqlıqdan "dərslərini yaxşı oxu, böyüyəndə pulun çox olsun" kimi sözləri az qala, "öyüd-nəsihət" kimi eşitmişik. Amma sonradan təhsilin dərinliyinə vardıqca bu yanaşmanın təhsil üçün müsbət deyil, mənfi hal olduğunu gördük. Təhsil biznes bacarıqları olan şəxsi yox, təhsil ümumiyyətlə şəxsiyyəti yetişdirir. Təhsilin ötürdüyü bilik və bacarıqlar, müxtəlif praktiki və nəzəri vərdişlər onun sonrakı həyat yolunda şəxsin əlindən tutur. Şüuraltı olaraq hər zaman onu izləyir. Sonrakı mərhələlər isə insanın özünə cızdığı həyat yolunun göstəricisidir. Dediyiniz bloggerlik məsələsi də məhz həyat yolu seçimlərindən yalnız biridir. Biz bu həyat yolunu seçən və nəticədə maddi rifahını təmin edən şəxsləri ümumi təhsil göstəriciləri, təhsilin fərdə qazandırdıqları ilə müqayisə edə bilmərik”.
Ekspert əlavə edib ki, təhsilin funksiyası ilə, onların mahiyyəti bir-birilə tərz mütənasibdir:
“Bəli, bugün bloggerlik, sosial şəbəkə üzərindən reklam menecerliyi, videolar üzərindən yüksək gəlirlərin qazanması halları tez-tez yaşanıla bilər və yaşanılır. Amma onu sırf bu detala görə təhsildən üstün tutmaq, "təhsildən çox qazandırır" deyərək, mahiyyətini aşağı salmaq fikri ilə qətiyyən razı deyiləm. Yox, gərə müqayisə etmək mütləqdirsə, onda çəkinmədən məhz təhsil deyərəm!

Kimsə bu fikrimizlə razı olmaya, hətta gülüşlə qarşılaya bilər. Amma təhsilin istər ümumi mahiyyəti, istərsə də ötürdüyü bilik bacarıqların hesabına insana qazandırdığı maddi-mənəvi dividentlər əvəzsizdir. Bunu nə bloggerlik, nə də qeyri fəaliyyətlərlə eyniləşdirmək olmaz.”
Eltac Zülfüqaroğlu
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










