Yeniyetmələr silahla Trampın əmlakına soxulub

ABŞ polisi təqibdən qaçmaq istəyərkən ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo bölgəsindəki mülkiyyətinin ərazisinə soxulan silahlı şəxsləri saxlayıb.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Palm Biç polisindən verilən məlumata görə, hadisə keçən həftənin sonlarında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Mar-a-Laqodan üç kilometr aralıda park edilmiş avtomobildə üç 15 yaşlı yeniyetmə olduğunu görüb. Onlar polisin yaxınlaşdığını görən zaman qaçıb gizlənməyə çalışıblar. Təqibə qoşulan ikinci polis maşınına çarpandan sonra yeniyetmələr avtomobildən çıxaraq qaçmağa başlayıb, Mar-a-Laqonun çəpərlərini aşaraq gizlənməyə çalışıb.
“Polis helikopter və xidməti itlərin köməyi ilə qısa zamanda yeniyetmələri tapıb, ancaq onlar AK-47 markalı avtomatı və içərisində 14 ədəd güllə olan darağı kənara atmağa macal tapıblar. Onlar harada olduqlarından xəbərsiz idilər. Yeniyetmələrin bəxti onda gətirib ki, həmin zaman prezident və ya ailəsindən kimsə mülkiyyət ərazisində olmayıb. Yoxsa onlar xüsusi xidmət orqanlarının xəfiyyələri ilə qarşılaşacaqdı”, - Palm Biç polisinin nümayəndəsi Maykl Oqrodnik deyib. (Report)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












