Tələblərə cavab verməyən 29 qayığın istismarına qadağa qoyulub

Bu il norma və tələblərə cavab verməyən 29 qayığın istismarına qadağa qoyulub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət, Sulardan Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əlili deyib.
O bildirib ki, FHN-in Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçik həcmli gəmilərə texniki baxış keçirilir:
"Baxışın keçirilməsində əsas məqsəd kiçik həcmli gəmilərin üzmə şəraitinin qiymətləndirilməsidir. Bu zaman gəmilərin gövdələri, mühərriklərin işləmə prinsipi, manevr elementləri, sükan qurğusu, xilasetmə, yanğından mühafizə və təchizat avadanlıqları yoxlanılır. Su nəqliyyatı vasitələrinin qeyd olunmuş tələblərə uyğun texniki baxışa təqdim etmiş kiçikhəcmli gəmi istifadəçilərinə üzməyə icazə verən texniki talonlar təqdim edilir".
FHN rəsmisi vurğulayıb ki, cari ildə bu günə qədər texniki baxışın keçirilməsi ilə əlaqədar xidmətə 797 kiçik həcmli gəmi istifadəçisi tərəfindən müraciət daxil olub:
"Texniki baxışın nəticəsində qeyd olunmuş tələblərə cavab verən 768 kiçik həcmli gəmi istifadəçisinə üzməyə icazə verən texniki talonlar təqdim edilib. Norma və tələblərə cavab verməyən 29 qayığın istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib".
Aqşin Əlili deyib ki, dövlət qeydiyyatına alınmadan texniki baxışdan keçmədən, habelə xüsusən mühərrikli kiçikhəcmli gəmiləri sürücülük hüququ üçün sürücülük vəsiqələri olmadan istismar etmək qanunvericiliklə qadağandır:
"Bu hal inzibati məsuliyyət yaradır. Əgər bu kimi hallar aşkarlanarsa, Xidmətin əməkdaşları tərəfindən sözügedən nəqliyyat istifadəçilərinə inzibati protokollar tərtib ediləcəkdir. İstər kiçik həcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi, istərsə də kiçik həcmli gəmilərə nəzarət tədbirləri il boyu davam etdiriləcək".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












