Tərtərdə maşın oğruları tutulub

Tərtərdə maşın oğurlayıb istintaqdan yayına bilən dostlar yaxalanıb. Tərtər Rayon Polis Şöbəsindən verilən xəbərə görə, bu ilin mart ayının əvvəlində Bakıda yaşayan Ağdam rayon sakini Camal Vəliyev ona məxsus maşının Tərtərin İrəvanlı kəndi ərazisindən oğurlanması haqda polisə müraciət edib. Tərtər RPŞ İstintaq Qrupunun rəhbəri, polis kapitanı Elvin Kərimov APA-ya bildirib ki, o vaxtdan aparılan araşdırmalar nəticəsiz qalsa da, sonda asayiş keşikçiləri təqsirkarları müəyyən edib yaxalayıblar. Məlum olub ki, C. Vəliyevin 10 UM 278 nömrə nişanlı "Mercedes Benz" markalı avtomaşınını Bərdə rayon sakinləri Mehdiyev Elməddin Sabir oğlu və İsmayılov Ramal İbrahim oğlu oğurlayıb. Qaçırılmış nəqliyyat vasitəsinin yeri də müəyyən edilərək, maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı AR CM-nin 180-ci maddəsi ilə cinayət işi başlanıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












