Təyyarə biletləri də bahalaşdı

Mərkəzi Bankın manatın kəskin devalvasiyası (ucuzlaşması) barədəki qərarından dərhal sonra aviabiletlərin də qiymətində artım baş verib. Avtosfer.az-ın virtualaz.org saytına istinadən xəbərinə görə, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var. Məsələn, Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub. Bakı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. İndi isə həmin bilet 392 manat 17 qəpikdir. Bakıdan Moskvaya və geriyə uçmaq istəyənlər bileti indi 468 manat 15 qəpiyə alacaqlar. Halbuki bir gün bundan qabaq 351 manat 25 qəpiyə alırdılar.
“Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL) təyyarə biletlərinin qiymətinin artmasını hələlik şərh etməyiblər.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












