Təyyarə qəzasından xəsarət alan Zaqatala sakini evə buraxılıb - FOTO

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hadisədən 4 gün sonra ayılan Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev xəstəxanadan evə buraxılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, Bakıda müalicə aldığı xəstəxanadan buraxılıb və Zaqatalaya qayıdıb.
M.Carayev qəza ilə bağlı bildirib ki, hadisədən sonra huşunu itirdiyindən baş verənləri dəqiq xatırlamır:

"Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda qəza baş verdi. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, bu, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır".
Zaqatala sakini deyib ki, qəzadan sonra dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunub.
Qeyd edək ki, əvvəlcə M.Carayevin öldüyü güman edilirdi.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












