Təyyarə üçün svetofor qoyuldu - FOTOLAR

Küçələrdə və yollarda svetoforların yol hərəkəti iştirakçılarının qarşılıqlı keçmə növbəliliyini tənzimlədiyini hamımız bilirik. Dəmiryol keçidlərində də qatarla avtomobillərin hərəkət növbəliliyinin svetoforla müəyyən edilməsi geniş yayılıb. Amma təyyarələrlə avtomobillərin qarşılıqlı hərəkətinin svetoforla tənzimlənməsi nadir hadisədir. Avtosfer.az saytının verdiyi məlumata görə, belə bir vəziyyət Pireney yarımadasının cənubundakı qayalıq sahillərdə yerləşən Cəbəllütariqdə mövcuddur.
Gördüyünüz şəkildə Böyük Britaniyanın dənizarxası ərazisi olan Cəbəllütariqin əsas küçəsi və hava limanının uçuş-enmə zolağının kəsişməsi verilib. Cəmi 6,5 kvadrat kilometr (təxminən Bakının Yasamal rayonundan bir az kiçik) ərazisi olan Cəbəllütariqdə aeroportun uçuş-enmə zolağının yerləşdirilməsinin başqa variantı mümkün olmadığından həmin uçuş-enmə zolağı bu balaca şəhəri Pireney yarımadası ilə birləşdirən yolu kəsir. Təyyarələr düşərkən və ya qalxarkən yolda qoyulmuş svetoforların qırmızı işığı yanır, eyni zamanda həmin svetoforların yanındakı şlaqbaumlar da bağlanır ki, avtomobillər uçuş-enmə zolağına çıxmasınlar. Təyyarələr qalxdıqdan və ya endikdən sonra yenə yaşıl işıq yanır, şlaqbaumlar açılır və avtomobillər hərəkətlərini davam etdirirlər.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















