Təyyarədaşıyan gəmiyə ilk dəfə olaraq qadın komandir təyin edilib

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin qadın zabiti Kler Tompson “Queen Elizabeth” təyyarədaşıyan gəmisinin komandiri təyin edilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, “UK Defence Journal” nəşrinin məlumatına görə, belə bir gəmiyə komandanlıq Birləşmiş Krallığın tarixində ilk dəfə olaraq qadına həvalə edilib.
Kler Tompson Kral Donanmasının qlobal əməliyyatlarına verdiyi mühüm töhfəyə görə Britaniya İmperiyasının ordeni ilə təltif edilib. 2005-ci ildə Hərbi Dəniz Qüvvələrinə qatılan zabit Atlantik okeanı, Karib hövzəsi, Aralıq və Baltik dənizləri də daxil olmaqla müxtəlif missiyalarda xidmət edib. “Montrose” freqatının ekipajı onun komandanlığı altında narkotik vasitələrin və qanunsuz silah qaçaqmalçılığının qarşısını almaq üçün bir sıra uğurlu əməliyyatlar həyata keçirib.
Qeyd edək ki, “Queen Elizabeth” təyyarədaşıyan gəmisi göyərtəsində şaquli eniş edə bilən 36 ədəd F-35B qırıcısı və dörd ədəd helikopter daşımaq üçün nəzərdə tutulub.
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO












