Təyyarəni vurmaq əmrini kim verib? - Ekspert

Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi birmənalı olaraq Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulub.
Bu gün birgə araşdırmanın əsas suallarından biri budur ki, mülki təyyarəyə atəş açmaq qərarını kim verib və təyyarəni pilotsuz uçuş aparatı ilə necə səhv salmaq olardı?
Avtosfer.az xəbər verir ki, bunu Report-a müsahibəsində Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.
Kaliyev qeyd edib ki, hadisənin özü ilə bağlı araşdırma çox vaxt aparacaq, amma çox yaxında ilkin nəticələr açıqlanacaq:
“Azərbaycan və Rusiya tərəfi prosesdə fəal iştirak edirlər. Qazaxıstanın vəzifəsi təhqiqatı koordinasiya etmək və qəzaya uğramış təyyarənin gövdəsinin bütün elementlərinin təhlükəsizliyini təmin etməkdir”.
O xatırladıb ki, Rusiya təyyarənin HHM sistemi ilə vurulmasını inkar etmir:
“Təyyarə vurulub, istənmədən olsa belə. Aydındır ki, heç bir bədxah niyyət olmayıb. Sual budur ki, kim mülki təyyarəni PUA-dan ayıra bilməyib və kim sərnişin təyyarəsinə atəş açmaq əmrini verib”.
“Qazaxıstan Aktau yaxınlığında baş vermiş aviaqəzanın təhqiqatını aparan beynəlxalq dövlət komissiyasının rəhbəri kimi özünü ən peşəkar şəkildə və düzgün formada aparır. Bu, onun qərəzsizliyində və həyata keçirilən bütün fəaliyyətlərin şəffaflığında özünü göstərir”, - Kaliyev bildirib.
Politoloq xatırladıb ki, bunun əsas sübutu Qazaxıstanın “qara qutular”ı oxumaq üçün onları qəzaya uğramış “Embraer” təyyarəsini istehsal edən Braziliyaya vermək qərarıdır. Səsyazılarının oxunmasında həm Azərbaycandan, həm də Rusiyadan nümayəndələr iştirak edir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












