Tibbi maskalarda qurdun olması iddiası ilə bağlı açıqlama

Sosial şəbəkələrdə koronavirus infeksiyasına qarşı istifadə olunan qoruyucu tibbi maskada “kiçik qurdların olması” iddiası insanlar arasında birmənalı qarşılanmayıb.
Avtosfer.az məsələ ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimovanın fikirlərini öyrənib.
İnfeksionist qeyd edib ki, apteklərdən alınan tibbi maskalarda qurdun olması mümkün deyil:
“Onlar quru və təmiz halda olur. İstifadə etdikdən təxminən ən tezi 2 saat sonra yararsız hala düşdüyündən yenisi ilə əvəzlənməlidir. Nəmlənəndə qoruyuculuğu itdiyindən maskanı tullamaq lazımdır. Qurdun maskada inkişaf etməsi üçün əlverişli şərait olmalıdır. Bu da, təbii ki, həmin maskalarda yoxdur”.
L.Qalimova eyni zamanda vurğulayıb ki, bu gün bütün dünyada ən çox tək istifadəlik qoruyucu maskadan istifadə olunur:
“Maska saatından asılı olmayaraq içəri tərəfdən nəmlənirsə mütləq atılmalıdır. Bəzən elə insanlar olur ki, eyni maskanı uzun müddət istifadə edir və bu qəti düzgün deyil. Nəmli və çirkli maskalar qoruyucu olmur və təhlükəlidir”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











