Ting bazarında canlanma var - nələrə diqqət etmək lazımdır? - VİDEO

Bazarlarda ting satışında canlanma var. Alıcılar daha çox meyvə tinglərinə üstünlük verirlər. Tinglərin qiyməti ağacın növündən, hündürlüyündən asılı olaraq 1-5 manat arasında dəyişir. Satıcılar deyirlər ki, bu il ting qiymətlərində artım müşahidə olunur
Ting satışı bazarında canlanma müşahidə olunur. Tinglərin basdırılma mövsümünün başa çatmasına 1 ayadək vaxt qaldığından bağ salmaq istəyənlər ting bazarına üz tuturlar. Tərtər rayonunun Ələsgərli kəndində hələ sovetlər dövründən əhali tingçiliklə məşğul olub. Ölkəmizin meyvə tinginə olan tələbatının 70 faizindən çoxunu ödəyən kənddə hər il bir milyondan artıq ting yetişdirilir. Təsərrüfat sahiblərinin sözlərinə görə, kənddə respublikamızda mövcud olan milli genefonda uyğun yerli meyvə və giləmeyvə ağac cinslərinin əksəriyyəti, eləcə də dekorativ ağac və kollar becərilir. Təsərrüfat sahibləri həm becərdikləri tinglərin satışı, həm də sahələrdə erkən əkin işləri ilə məşğuldurlar. Tovuzda da çox sayda təsərrüfat sahibi ting satışı ilə məşğuldur. Bu sahənin mütəxəssislərinin bağ salmaq istəyənlərə tövsiyələri var. Satıcılar bildirirlər ki, daha çox calaq edilmiş tinglərin satışına üstünlük verirlər. Qiymətə gəlincə isə, 2 manatdan başlayır və meyvənin növünə, tingin böyüklüyünə və tez bar verən olmasına görə dəyişir. Hazırda meyvə ağaclarına tələbat çoxalsa da, həmişəyaşıl və dekorativ bitki kolları da daha çox satılan tinglər arasındadır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











