Toqquşma qurbanlarının sayı 132 nəfərə çatıb

Sudanın qərbində yerləşən Qərbi Darfur əyalətindəki toqquşma nəticəsində ölənlərin sayı 132 nəfərə, yaralıların sayı isə 208-ə çatıb.
Bunu yerli hakimiyyətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Çaddan qanunsuz silahlılar Qərbi Darfurdakı yerli tayfalardan birinə yardım etmək məqsədilə mərkəzi Qeneyn şəhərinə hücum ediblər. Bildirilib ki, hakimiyyət sakinlərin silahlarını müsadirə etməyib, qanunsuz silahlılara qarşı atışmada öz vətəndaşlarını dəstəkləməyib və indiyədək bölgəyə hərbçilər göndərilməyib.
Bir müddət əvvəl toqquşma nəticəsində 87 nəfərin öldüyü, 191 nəfərin isə yaralandığı barədə məlumat yayılmışdı.
Məlumata görə, toqquşma aprelin 3-də başlayıb. Bu ilin yanvarında da Qeneyndə silahlı toqquşma baş vermişdi. 130 nəfər bu münaqişənin qurbanı olmuşdu.
2003-cü ildə Darfurda Sudan hakimiyyəti ilə separatçı qruplaşma arasında silahlı toqquşma baş verib. Müxtəlif mənbələrin məlumatına əsasən, bu toqquşmalar nəticəsində 300-500 min nəfər ölüb, 2,5 milyon nəfər qaçqın vəziyyətə düşüb. (“Report”)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












