Tovuzda içməli suya həsrət qalanlar var - VİDEO

Tovuzun Qovlar şəhəri və ətraf kəndləri içməli su problemi ilə üzləşiblər. İçməli suyu pulla alan sakinlər artıq bundan da məhrum ediliblər. Bəs görəsən sakinlərin yeganə ümid yeri olan su satışı məntəqəsi niyə bağlanıb? Əməkdaşlarımız məsələni yerində araşdırıblar.
Bura Tovuz rayonunun Qovlar şəhəridir. Şəhər və ona yaxın kəndlər içməli suyu pulu ilə alırlar. Avtomobillər isə şəhər ərazisindəki su satışı məntəqəsindən çənləri doldurub ünvanlara çatdırırdılar. Artıq bir həfətdir ki, həmin satış məntəqəsinin fəaliyyəti 8 nömrəli Regional Sukanal İdarəsinin Tovuz Sukanal Sahəsinin əməkdaşları tərəfindən dayandırılıb. Sürücülər bildirir ki, qurumdan onlara satış məntəqəsinin qanunsuz olduğu bildirilib. Amma məntəqədə sayğac da var. Üstəlik suyun hər tonu üçün sürücülərdən bir manat da alınırmış. Sürücülər iddia edirlər, ərazidə su itkisi var. Digər borudan axan suyun da hansı istiqamətdə hansı məqsədlə axması bəlli deyil... Əvvəllər 15 manata gətirilən su indi onlar üçün 40 manata başa gələcək. Ehtiyac var amma onu qarşılayacaq maddi vəziyyət sakinləri narahat edir. Çünki bir bir çox ailə ay ərzində bir neçə dəfə su almaq məcburiyyətində qalırlar. 8 nömrəli Regional Sukanal İdarəsinin Tovuz Sukanal Sahəsinin qrup rəhbəri İlkin Hüseynov bildirib ki, həmin satış məntəqəsi qanunidir və qrumun balansındadır. Məntəqənin fəaliyyətinin dayandırılmasının əsas səbəbi isə həmin məntəqəyə gələn borudan əvvəllər qanunsuz su xətlərinin çəkilməsidir. Onun sözlərində görə israf olunan suya görə abononetlər vaxtında su ilə təmin edilə bilmir. Məntəqənin fəaliyyət göstərib göstərməməsi isə aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Mövcud problemin yaranmasında və həll edilməməsində qrum və ya sakin məsuliyyətsizliyinin dəqiqləşdirilməsi qrumun işidir. Görünən odur ki, mövcud vəziyyət belə davam edərsə isti yay günlərində sakinlər su ilə sözün əsl mənasında imtahana çəkiləcəklər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












