Toydan qayıdan gənc ailə qəzaya düşdü: ata və 5 yaşlı oğlu öldü

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yol qəzası Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb. 1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi "Audi" markalı 50 CE 252 dövlət nömrə nişanlı avtomobil dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü və oğlu - 2009-cu il təvəllüdlü Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1985-ci il təvəllüdlü Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2012-ci il təvəllüdlü Elmir Nəcəfov ağır xəsarət alıb. Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsis Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib və meyitləri avtomobildən çıxarıb. İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə, sürətlə idarə edib, nəticədə idarəetməni itirib. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO



















