Toydan sonra ağır qəza: ölən və xeyli yaralı var

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hisəsində qeydə alınıb. Rayonun Faxralı kənd sakini 28 yaşlı Rövşən Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə üzü paytaxt istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə digər “Mercedes”ə, daha sonra isə Faxralı kənd sakini, 45 yaşlı İsgəndər Əhmədova məxsus “Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində hər üç avtomobilin sürücüləri və onların sərnişinləri 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gulnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirliblər. Həkimlərin səyinə baxmayaraq, “Hyundai” sürücüsü İsgəndər Əhmədov dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb. Xəstəxanadan bildiriblər ki, digər yaralıların vəziyyəti ağır olaraq qalır. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.
Qeyd edək ki, “Mercedes”in sürücü Rövşən Bayramov və “Hyundai” sürücüsü İsgəndər Əhmədov həmkəndli olublar və onlar toydan qayıdırlarmış.
Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












