"Toyota" Yaponiyadakı əksər zavodlarında işi dayandırır

Dünyanın avtomobil nəhənglərindən biri olan “Toyota Motor Corp.” Yaponiyadakı zavodlarının əksəriyyətini bağlamaq niyyətindədir.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gələn həftə istehsal bir neçə günlük dayandırılacaq. Bu, ehtiyat hissələrinin çatışmazlığı ilə bağlıdır. Belə ki, çərşənbə günü Yaponiyada baş verən zəlzələyə görə bəzi tədarükçülər zərər çəkib və lazımi həcmdə detallar tədarük edə bilmirlər. Hansı şirkətlərdən söhbətin getdiyi dəqiqləşdirilməsə də, iri çip istehsalçısı “Renesas Electronics Corp.” zəlzələ ərazsində yerləşən zavodlarının gələn həftənin çərşənbə gününə kimi tam istehsala qayıda bilməyəcəyini bəyan edib. “Toyota”nın son qərarı “RAV4”-də daxil olmaqla bəzi populyar modellərin istehsalına təsir edəcək. Bu həftənin əvvəlində şirkət mart ayı üçün istehsal planlarını 50 min avtomobil sayında azaltdı. İndi isə apreldə planlaşdırılandan 150 min avtomobil az istehsal edəcəyini, eləcə də may və iyun aylarında istehsalın hədəf göstəricilərə nisbətən azalacağını bəyan edib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












