Traktorların işi ilə bağlı monitorinq qrupu yaradıldı

Traktorların işi ilə bağlı monitorinq qrupu yaradılıb. Avtosfer.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadla verdiyi məlumata görə, Gəncə Avtomobil Zavodunda istehsal edilən və “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının və aqroservis filiallarının istifadəsinə verilən traktorların işinin səmərəli təşkili ilə əlaqədar respublikanın bütün bölgələrində monitorinqlərin keçirilməsi, traktorların istismarı müddətində baş vermiş nasazlıqların və onların yaranması səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə monitorinq qrupu yaradılıb. Monitorinq qrupunun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrolizinq”ASC-nin, Azərbaycan və Lənkəran Dövlət Maşın Sınaq stansiyalarının və Gəncə Avtomobil Zavodunun mütəxəssisləri daxil edilib. Monitorinq zamanı traktorların istifadə olunduğu müddət, mexanizatorların peşəkarlığı, göstərilən texniki servis xidmətinin səviyyəsi və ehtiyat hissələrinin təchizatı ilə bağlı vəziyyət araşdırılacaq.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












