Tramp yeni sosial şəbəkəyə qoşuldu

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Respublikaçılar Partiyasının bir sıra tərəfdarları yeni “Campaign Nucleus” sosial platformasına qoşulub.
Bu barədə mənbələrə istinadən “Fox News” telekanalı xəbər verib.
Qeyd edilir ki, onlar öz tərəfdarları ilə maneəsiz ünsiyyət saxlaya bilərlər.
Bildirilir ki, yeni sosial şəbəkə hələ 2016-cı ilin martında Trampın seçkiqabağı qərargahının sabiq məsləhətçisi Bred Parskeyl tərəfindən yaradılıb.
“Parskeyl” şirkətinin saytında yerləşdirilmiş informasiyaya əsasən “Campaign Nucleus” ABŞ-da istifadəçilərə poçt xidmətindən istifadə edərək kütləvi informasiya vasitələrinə elektron məktubları, mesajları və bəyanatları, həmçinin digər materialları göndərmək imkanı yaradır. Bundan başqa, istifadəçilər hakimiyyətin nümayəndələri ilə virtual məkanda bağlana və çat yazışmalarında iştirak edə biləcəklər.
Telekanal bildirib ki, platforma keçmiş prezidentə jurnalistlərə və tərəfdarlarına öz açıqlamalarını çatdırmaq imkanı verir. Daha əvvəl “Twitch”, tvitter, feysbuk, yutub və instaqram yanvarın 6-da Trampın Vaşinqtonda qarışıqlıqlar haqqında bəyanatlarına görə onun sosial şəbəkə hesablarını müxtəlif müddətlərə bloklayıb. (“Report”)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











