Tramvaylar nəqliyyat yükünü azalda biləcək? - AÇIQLAMA

"Şəhər nəqliyyat sistemində tramvayların tətbiqi həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli və uzunmüddətli həll yollarından biri hesab olunur. Tramvayların fəaliyyətə başlaması ilə bağlı ən çox maraq doğuran məsələlərdən biri gediş haqqının məbləği və bu nəqliyyat növünün şəhərdə mövcud sıxlıq probleminə real təsir imkanlarıdır".
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, gediş haqqının müəyyənləşdirilməsi adətən bir neçə amildən asılı olur:
"Layihənin ümumi dəyəri, istismar xərcləri, dövlət subsidiyalarının səviyyəsi və mövcud ictimai nəqliyyat tarif siyasəti. Beynəlxalq təcrübəyə əsasən, tramvaylar sosial yönümlü ictimai nəqliyyat hesab olunduğundan, onların tarifləri adətən avtobus və metro ilə eyni və ya onlara yaxın səviyyədə saxlanılır. Bu yanaşmanın əsas məqsədi əhalini şəxsi avtomobildən daha çox ictimai nəqliyyata yönəltməkdir. Əgər tariflər yüksək müəyyən edilərsə, bu halda tramvay gözlənilən sərnişin axınını cəlb edə bilməz və layihənin effektivliyi azalır. Buna görə də real yanaşma ondan ibarətdir ki, tramvaylarda gediş haqqı mövcud vahid ödəniş sisteminə inteqrasiya olunsun və digər nəqliyyat növləri ilə eyni tarif siyasəti tətbiq edilsin. Tramvayların nəqliyyat probleminin həllinə təsirinə gəldikdə isə, bu məsələ kompleks yanaşma tələb edir. Tramvaylar yüksək sərnişindaşıma qabiliyyətinə malikdir və xüsusilə sıx marşrutlarda avtobusların yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Ayrılmış xətt üzrə hərəkət etdikdə onlar tıxacdan asılı olmur, bu da hərəkət intervalının sabitliyini və vaxtında çatmanı təmin edir. Nəticədə, şəhər sakinləri üçün daha etibarlı və proqnozlaşdırıla bilən nəqliyyat alternativi yaranır. Bununla yanaşı, tramvayların effektivliyi yalnız onların mövcudluğu ilə deyil, ümumi nəqliyyat sisteminə inteqrasiya səviyyəsi ilə müəyyən olunur. Əgər tramvay xətləri metro, avtobus və digər ictimai nəqliyyat növləri ilə əlaqəli şəkildə planlaşdırılarsa, vahid marşrut şəbəkəsi formalaşar və sərnişinlərin bir nəqliyyat növündən digərinə rahat keçidi təmin olunar. Bu isə şəxsi avtomobillərdən istifadənin azalmasına və şəhər yollarında yükün yüngülləşməsinə səbəb ola bilər. Digər mühüm məqam ekoloji və şəhərsalma aspektidir. Tramvaylar elektrik enerjisi ilə işlədiyi üçün atmosferə zərərli tullantılar buraxmır, səs-küy səviyyəsi aşağı olur və şəhər mühitinin keyfiyyətinin yaxşılaşmasına töhfə verir. Bundan əlavə, tramvay xətlərinin çəkildiyi ərazilərdə ictimai məkanların yenilənməsi, piyadalar üçün şəraitin yaxşılaşdırılması və şəhər infrastrukturunun modernləşdirilməsi prosesi də sürətlənir. Bununla belə, qeyd etmək lazımdır ki, tramvaylar təkbaşına bütün nəqliyyat problemini tam həll edən vasitə deyil. Onların effektiv nəticə verməsi üçün paralel olaraq yol hərəkətinin təşkili təkmilləşdirilməli, park siyasəti sərtləşdirilməli, ictimai nəqliyyatın prioritetliyi təmin olunmalı və şəhər mobilliyi üzrə ümumi strategiya həyata keçirilməlidir. Bu şərtlər daxilində tramvay sistemi şəhərdə tıxacların azaldılması, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması və dayanıqlı şəhər nəqliyyat modelinin formalaşdırılması istiqamətində mühüm rol oynaya bilər".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












