Trans-Xəzər marşrutu intensiv artım nümayiş etdirir

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu indi çox aktualdır, yaxşı nəticələr əldə olunub və son 2-3 ildə aktiv inkişafda artım var.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz limanları şöbəsinin müdiri Jasulan Kerimbayev Azərbaycan-Qazaxıstan Ekspert Şurasının dördüncü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas diqqət konteyner daşımalarına yönəlib ki, bu da dünya praktikasına uyğundur. Şöbə müdiri əlavə edib: “Keçən il Çindən 358-ə yaxın konteyner qatarı yola düşüb, bu il həmin rəqəmin 600-dən çox olacağı gözlənilir. Çinlə razılaşmaya uyğun olaraq, 2028-ci ilə qədər bu sayı 3000 qatara çatdırmaq planlaşdırılır”.
O, Qazaxıstan hökumətinin infrastrukturun inkişafına böyük vəsait yatırdığını diqqətə çatdırıb.
Kerimbayev deyib: “Kurık limanının dərinləşdirilməsi başa çatıb və tutumu 1 milyon ton olan taxıl terminalı işə salınıb. Çoxfunksiyalı Sarja dəniz terminalı tikilir ki, bu da daha 10 milyon ton tutum əlavə edəcək. Analoji işlərin Aktau limanında da aparılması planlaşdırılır”. Onun sözlərinə görə, Aktauda konteyner qovşağı tikilir və bu, limanın ötürücülük qabiliyyətini 140 mindən 240 min TEU-ya çatdıracaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












