Trans-Xəzər marşrutunda Qazaxıstanın mövqeyini gücləndirəcək yeni avtomobil yolu - “Astana-İrgiz”

Qazaxıstanın Kustanay vilayətində respublika əhəmiyyətli Astana-İrgiz avtomobil yolunun tikintisi üzrə irimiqyaslı layihə həyata keçiriləcək. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, layihəyə ümumi uzunluğu 890 kilometr olan Astana-Arkalıq-Torqay-İrgiz avtomobil yolunun tikintisi və yenidən qurulması daxildir. Layihə strateji əhəmiyyətə malikdir, çünki o, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TITR) birbaşa çıxışı təmin edəcək, Qazaxıstanın mərkəzi və qərb regionları arasında səmərəli nəqliyyat əlaqələri yaradacaq. Layihənin həyata keçirilməsi ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək və beynəlxalq daşımalarda rəqabət qabiliyyətini artıracaq. Bundan əlavə, yeni yol Qazaxıstanın cənub qapısını (Xorqos) Aktau dəniz limanı ilə birləşdirəcək və ölkə üzrə yükdaşımaları üçün maneəsiz marşrut təmin edəcək. Əhəmiyyətli üstünlük Astana ilə İrgiz kəndi arasındakı məsafənin 573 km qısalması olacaq ki, bu da yüklərin çatdırılma sürətini yaxşılaşdıracaq, daşıma xərclərini azaldacaq və yeni biznes imkanları yaradacaq. Layihənin icrası məsələləri “KazAvtoJol” SC-nin İdarə Heyətinin sədri Darxan İmanaşev, Kustanay vilayətinin rəhbəri Kumar Aksakalov, podratçıların nümayəndələri və layihə mühəndislərinin iştirak etdiyi işçi iclasda müzakirə olunub.
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO












