Tükürpədici qətlin pərdəarxası: Sərdar qızın meyitini anası ilə birlikdə “skoç”layıb
Gündəm
31 Mart 2021 15:03

Gəncədə bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın yaxınları bəzi məsələlərə aydınlıq gətiriblər. Ailəyə yaxın adamlardan biri, adının açıqlanmasını istəməyən şəxs “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Pərvinlə eyni universitetdə təhsil alan, onun qətlində təqsirləndirilən 20 yaşlı Sərdar Cəfərovla Pərvinin münasibətləri qətldən öncə yox, hadisədən təxminən 1 il əvvəl pisləşib: “Pərvinin qrup yoldaşlarının dediyinə görə, Sərdar Pərvinə barışıq üçün dəfələrlə təkidlər edibmiş.
Fevralın 19-da Sərdarın təkidi ilə onlar sonuncu dəfə görüşüb. Görüş yerinə tək, ictimai nəqliyyatdan istifadə edərək gələn Pərvin bir müddət açıq havada onunla söhbət edib. Sonra Sərdarın “görən olar” deyərək söhbəti maşında davam etdirmələri üçün Pərvini təkidlə maşına əyləşdirdiyi deyilir.
Maşında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini və ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini deyib.
Sərdar isə Pərvini boğaraq öldürüb. Bundan sonra Sərdar Pərvinin meyitini maşınında saxlayaraq anası ilə yaşadığı evə gedib. Onun maşını tələsik şəkildə yaşadığı evə sürməsi və marketdən “skoç” alması onun yaşadığı ərazidə olan təklükəsizlik kameralarına düşüb”.
İddiaya görə, Sərdar meyiti yaşadığı evdə anası ilə birlikdə “skoç”la bağlayıb: “İzi itirmək üçün meyiti böyük qutuya qoyub, o formada bir neçə saat evdə saxlayıb. Gecə saatlarında meyiti elə qutuda yaşadığı evin yaxınlığındakı zibil qutusuna atıb. Üstünə isə əlavə zibillər qoyub. Bunlar da kameraya düşüb. Zibil maşını səhər saatlarında qutuları boşaldaraq “Avtozavod” qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə aparıb. Buna görə də Pərvinin meyitinin tapılması çətinləşib, bir aya qədər uzanıb”.
Oxunub : 1246
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












