Türk-Azərbaycan pilotlarının təlimindən görüntülər - VIDEO

Türkiyənin Konya şəhərində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, “Turaz şahini-2015” adlı təlimlərdə bu gün “MiQ-29”, “Su-25”, “Mi-17” tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığı davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar. Türkiyə HHQ-nin nümayəndəsi Əbdürrəhman Arslan birgə təlimlərdən məmnun qaldğını bildirib: "Azərbaycan Hava Qüvvələrinin Türkiyəyə bu ilk səfəridir. Azərbaycanlı qardaşları gördüyüm üçün çox sevininirik". diklərini dedi.
Azərbaycan HHQ-nin nümayəndəsi Elçin Axundov bu gəlişin tarixə yazıldığını dedi. O qardaş ölkədə çox yaxşı qarşılandığını açıqladı. Təlimlərdə müharibə zamanı hava əməlliyyatları, müdafiə, hava müharibəsi, havadan dəstək, su üstü hədəflərə qarşı hücum taktikaları icra edilir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MİQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarəsinin iştirakı ilə Konya şəhərində yerləşən aviabazada keçirilən Türkiyə Hərbi Hava Qüvvələri ilə müştərək təlimləri aprelin 13-dək davam edəcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












