Türk Hava Yolları 200 azərbaycanlının Yeni ilini bərbad etdi

Türk Hava Yolları təxminən 200 nəfər azərbaycanlının Yeni ili planlarını alt-üst etdi. Avtosfer.az-ın məlumatına görə, Gəncə-İstanbul reysi ilə uçmaq istəyənlər bayramı Gəncə hava limanında keçirməli olublar. 2014-cü ilin son və 2015-ci ilin ilk gününü hava limanında keçirənlər Türk Hava Yollarının bayram kampaniyalarından yararlanmaq istəyənlərdir. Bu şəxslər kampaniyanın şərtlərinə uyğun olaraq 99 AZN ödəyib aviaşirkətin 31 dekabr saat 09:35-də havaya qalxmalı olan reysinə bilet alıblar və səhər saat 7-dən Gəncə hava limanındadırlar.
Kampaniyadan yaralanmaq istəyən Bakı sakini Orxan Əliyev anspress-in qaynar xətti ilə əlaqə saxlayaraq iki gündür ac-susuz gözlədiklərini bildirdi: "Dünən səhər tezdəndən buradayıq. Sərnişinlərin çoxu evlərinə geri dönüb. Yaşlılar, xəstələr və uşaqlar üçün daha çətindir. Hazırda 140 sərnişin Gəncə Hava Limanında gözləyir. Biz pul vermişik ki, Yeni ili İstanbulda qarşılayaq, bayramı fərqli qeyd edək. Amma elə alındı ki, Yeni ili hava limanında qarşılamalı olduq. Kompaniya biletlərinin 99 manat olmasına aldandıq».
Bizə deyirlər ki, hava şəraitinin pis olması ilə əlaqədar uçmuruq. Amma burada hava normaldır və biz buna inanmırıq. Azərbaycana məxsus təyyarə havaya qalxdı, səhv etmirəmsə Moskvaya uçurdu. Bizi isə hələ də gözlədirlər».
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












