Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır

Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə planlanıbdır və AnadoluJet markası ilə həyata keçiriləcəkdir.
Türk Hava Yollarından Avtosfer.az-a bildirilib ki, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik.
Əlavə olaraq, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO











