“Türk Hava Yolları” Türküstana birbaşa uçuşlara başlayır

“Türk Hava Yolları” (THY) bu il mayın 3-dən etibarən Qazaxıstanın Türküstan şəhərinə birbaşa uçuş həyata keçirməyi planlaşdırır.
“Türk Hava Yolları” aviaşirkəti İstanbul-Türküstan marşrutu üzrə həftədə üç dəfə “B-737” təyyarələri ilə müntəzəm uçuşlar həyata keçirəcək.
Gələcəkdə Türküstandan Qırğızıstanın paytaxtı Bişkekə və Özbəkistanın paytaxtı Daşkəndə müntəzəm uçuşların həyata keçiriləcəyi də planlaşdırılır.
Xatırladaq ki, ötən ilin dekabrında istismara verilən Türküstan Beynəlxalq Aeroportundan cari il martın 21-dən etibarən Qazaxıstanın "Fly Arystan" şirkəti tərəfindən Türküstan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirilir.
Qeyd edək ki, Türküstan türk dünyasının mənəvi paytaxtı elan olunub və bu barədə martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə qeyd edilib. (Publika.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












