Türkiyə və Şimali Kiprdən gələn qonaqlar "Baku Bus"u və peşə liseyini ziyarət etdilər - FOTO - VİDEO

Bakıda keçirilən “Türk Dünyasında Sürücülük Təhsili” adlı beynəlxalq konfrans iştirakçıları "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin sədr müavini, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlının müşayiəti ilə "BakuBus" MMC-də olub. Görüş zamanı şirkətinin direktoru Hikmət Qəribov qonaqlara "BakuBus"un yaranma tarixi, sürücülərin hazırlığı, peşə fəaliyyətinə nəzarət, avtobuslara texniki qulluq və digər məsələlər barəsində məlumat verib. Eyni zamanda sürücü-təlim mərkəzinə səfər edən qonaqlar burada sürücülərin hazırlığının hansı formada və səviyyədə olması ilə tanış olublar.
Daha sonra qonaqlar Abşeron Binə Peşə Litseyini ziyarət edib. Qonaqlara məktəbin fəaliyyəti, peşə hazırlığı və texniki imkanlar barəsində məlumat verilib. Qonaqlara texniki avadanlıqlar və simulyatorlar nümayiş etdirilib. Qardaş ölkələrin mümayəndələri Azərbaycanda bu cür texnologiyaların tətbiqini məmnunluqla qarşılayıblar. Bildiriblər ki, bu cür avadanlıqlar Türkiyənin bir çox bölgələrində yoxdur. Azərbaycanda bu cür yeniliklərin tətbiqi təqdirəlayiqdir.
Daha sonra məktəbin direktoru Füzuli Talıbov bildirib ki, bu cür avadanlıqlar Cənubi Qafqazda yalnız Azərbaycanda və bu peşə litseyində var. Odur ki, burada təhsil alan tələbələr geniş imkanlardan istifadə edərək bilik və bacarıqlar əldə edirlər.
Daha sonra qonaqların bir qismi 149 sürücü-təlim mərkəzinə baş çəkib. Burada mərkəzin fəaliyyəti ilə tanış olublar və təlimləri izləyiblər.
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI




















