Türkiyədən Azərbaycana siklon gəlir: Çovğun olacaq

Yaxın günlər ərzində Azərbaycanda hava şəraiti dəyişəcək. Bunun səbəbi Türkiyədən hərəkət edən siklonun ölkə ərazisinə keçməsi ilə bağlıdır.
Bunu Avtosfer.az açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, yanvarın 19-u axşam saatlarında soyuq atmosferin paytaxta yaxınlaşması nəticəsində hava şəraiti dəyişəcək:
“Yağış olacaq. Sonrakı günlərdə yağıntının sulu qar və qara keçəcəyi gözlənir. Qeyri-sabit hava şəraiti yanvarın 21-i axşama kimi davam edəcək. Bu müddət ərzində şimal-qərb küləyinin sürəti saniyədə 15-25 metrə çatacaq”.
O bildirib ki, paytaxtda havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir:
“Hava şəraiti ilə bağlı yanvarın 20-də gecə, ayin 21-də isə səhər və axşam saatlarında çovğun olacağı gözlənilir. Yanvarın 21 və 22-də şəhərətraflı yolların buz bağlanması istisna olunmur”.
U.Tağıyeva qeyd edib ki, bu gün axşam saatlarından başlayaraq qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağış və qar yağması gözlənilir:
“Yanvarın 19-dan 21-i gündüzə kimi proses bütün ölkəni əhatə edəcək. Bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur. Şimal-qərb küləyinin gücü saniyədə 21-28 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 10 dərəcədə aşağı enəcəyi proqnozlaşdırılır. Dağlıq və dağətəyi yollar buz bağlayacaq”.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












