Türkiyənin məşhur hərbçisindən Qarabağla bağlı ŞOK AÇIQLAMA

"Qarabağda Azərbaycan, Türkiyə və Rusiya arasında Ermənistanın da daxil edildiyi razılaşma var". Bunu milli.az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert bildirib ki, Ermənistan artıq Qarabağla bağlı iddiasından əl çəkməlidir: "Bu ölkələr arasında bir atəşkəs razılığı var. Əgər Ermənistan partizanlar vasitəsilə istehkam yaradaraq və ya terror törədərək, yaxud razılaşmanın maddələrinə zidd davranaraq bəzi təxribatlara cəhd edilərsə, açığı razılaşmanı pozmuş sayılır. Və Ermənistan bu razılaşmanı pozmaqla Azərbaycanın sərt reaksiya verməsinə şərait yaratmış olar.
Açığı indi Ermənistanın buna bənzər son dərəcə çılğın, trovatik həmlələri olduğu görünür. Buna dair faktlar var. Azərbaycan onların bu cür davam etməyinə qəti imkan verməyəcək, 10 Noyabr razılaşmasından meydana çıxan haqqını sona qədər müdafiə edəcək. Burada Rusiya da məsuliyyət daşıyır. Nəticədə Rusiya ilə birgə imzalanan bir atəşkəs var. İndi Ermənistan bu müqaviləni rusun arxasında gizlənərək pozmağa cəhd edərsə, bu, güvənsizlik yaradacaq. Və nəticədə belə olmasını nə Rusiya, nə Azərbaycan, nə də Türkiyə istəyər. Yəni nəticədə bir müharibə oldu, hər kəs kimin nəyə qadir olduğunu, gücünü, qüdrətini gördü. Ermənistan payını aldı.
Zaman keçdikcə rus sülhməramlılarının nəzarətində ermənilərin yaşadıqları ərazilər yavaş-yavaş ortaya çıxacaq vəziyyətlərdən irəli gələrək Azərbaycanın nəzarətinə keçəcək. Başqa çarəsi də yoxdur.
Ermənistan bundan sonra Qarabağla bağlı iddiasından əl çəkməlidir. Əgər belə davranmağa davam edərsə, bu, açığı gələcəkdə Ermənistanın varlığına çox böyük zərər vurar. Bundan sonra Rusiyanın himayəsi altında ərköyünlük etməməsi Ermənistanın xeyrinədir.
Azərbaycan istənilən an Qarabağda irimiqyaslı antiterror əməliyyatlarına da başlaya bilər. Türkiyə ilə Azərbaycan birgə addım atmalıdırlar. Yoxsa tək-tək hücumlar artar, bizi parçalamağa çalışarlar".
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










