Üç saat nələr danışılıb?

ABŞ və Rusiya Preizdentləri Donald Tramp və Vladimir Putinin 3 saat davam edən telefon danışığının detalları məlum olub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Kreml bəyanat dərc edib.
Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib.
Putin, həmçinin, Trampın Qara dənizdə təhlükəsizliklə bağlı məlum təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv reaksiya verib. Belə bir sazişin konkret detallarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb.
Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175 məhbusun 175-ə dəyişdirilməsi həyata keçiriləcək. Bundan əlavə, Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi köçürüləcək.
Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin yuxarıda qeyd olunan təkliflərini nəzərə alaraq, Ukrayna nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır.
Liderlər beynəlxalq gündəmdəki digər məsələlərə, o cümlədən Yaxın Şərq və Qırmızı dəniz regionunda vəziyyətə də toxunublar. Böhran nöqtələrində vəziyyətin sabitləşdirilməsi, nüvə silahının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcək.
Münaqişənin sülh yolu ilə həllinə prinsipial sadiqliyini təsdiqləyən Putin amerikalı tərəfdaşları ilə birlikdə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan mümkün həll yollarını diqqətlə öyrənməyə hazır olduğunu bəyan edib.
ABŞ prezidentinin Rusiya tərəfində 30 günlük atəşkəs tətbiq etmək təşəbbüsü kontekstində bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması zərurəti və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamlar müəyyən edilib.
Artıq dəfələrlə “sabotaj edən” və əldə olunmuş razılaşmaları “pozan” Kiyev rejimi ilə danışıqlar apara bilməməsi ilə bağlı ciddi risklər də qeyd edilib.
Prezidentlər Ukrayna ordusunun Kurskda mülki əhaliyə qarşı törətdiyi terror xarakterli hücumlardan bəhs ediblər.
Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi və diplomatik yollarla həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın tamamilə dayandırılmasıdır.
Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










