Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib

Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları"nda əksini tapıb.
Qərara əsasən, uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (qarşısıalınmaz qüvvə (fors-major) şəraitindən başqa) daşıyıcı biletdə göstərilmiş marşrut üzrə sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində sərnişinlər üçün aşağıdakı xidmətləri ödənişsiz təşkil etməlidir:
- Yeddi yaşınadək uşağı olan sərnişinə ana və uşaq otaqlarının verilməsi;
- uçuş iki saatdan çox ləngidikdə iki telefon zənginin edilməsi və ya iki elektron poçtun göndərilməsi imkanının yaradılması, habelə sərinləşdirici içkilərin verilməsi;
- uçuş ləngidikdə gündüz vaxtı altı, gecə vaxtında isə səkkiz saatdan bir isti yeməklə təmin edilməsi;
- uçuş səkkiz saatdan çox ləngidikdə mehmanxanada yerləşdirmə;
- əlavə haqq alınmadan mehmanxanada yerləşmə təmin edildiyi hallarda hava limanından (aeroportdan) mehmanxanaya və geriyə nəqliyyatla çatdırılma;
- baqajın saxlanılmasının təşkili.
Daşıyıcı və ya xidmət təşkilatı sərnişinə daha yüksək komfortlu ödənişli əlavə xidmətlər göstərə bilər. Beş yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə daşınırlar. Beş yaşından 18 yaşınadək uşaqların daşınması daşıyıcının qaydalarına uyğun olaraq tənzimlənir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












