Ukrayna Rusiyanın 3 milyard dollarlıq texnikasını məhv edib

Hərbi əməliyyatlar zamanı Ukrayna ordusu 331,2 milyard rubl və ya 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını məhv edib.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federasiyasının məhv edilmiş texnikası arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını (ZDM) var. O cümlədən məhv edilmiş tanklar Rusiyaya 1 milyard ABŞ dollarına, ZDM-lər 600 milyon ABŞ dollarına, təyyarə və helikopterlər isə 1,1 milyard ABŞ dollarına başa gəlib. Texnikaların dəyəri açıq mənbələr əsasında hesablanıb. Hələlik hansı təyyarələrin vurulduğu məlum deyil. Rusiya bir ədədi 11 milyon ABŞ dollarına olan “Su-25”, ədədi 33 milyon ABŞ dollarına olan “Su-30”, ədədi 36 milyon ABŞ dollarına olan “Su-34” tipli təyyarələrdən istifadə edir. Ukrayna Silahlı Qüvvələri həmçinin hər biri 86 milyon ABŞ dollarına başa gələn iki “İl-76” təyyarəsini də vurub.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...











