ABADA Ukraynada qalan TIR sürücüləri ilə bağlı məlumat YAYDI - VİDEO

"Ukraynada münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus 30-a yaxın yük nəqliyyat vasitəsi var ki, onlar beynəlxalq yükdaşımaları icra edir".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib. O bildirib ki, ABADA yükdaşıyıcı şirkətlərdən həmin sürücülər və nəqliyyat vasitələri ilə bağlı bütün məlumatları əldə edib: "Hazırda ABADA-nın nəzdində yaradılan xüsusi komissiya həmin sürücülərlə gündəlik əlaqədədir və onların qayğıları, problemləri ilə maraqlanılır. Qeyd etmək istəyirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA olaraq bu işlərlə koordinasiyalı şəkildə məşğuluq və aidiyyəti qurumlar vasitəsilə həmin sürücülərin digər ölkələr vasitəsilə çıxarılaraq Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Azərbaycana məxsus yük nəqliyyat vasitələri daha çox paytaxt Kiyevdə, Odessada və Xarkov şəhərləri ətrafında cəmləşib. Onu da əlavə edək ki, sürücülər arasında hər hansısa bir xəsarət faktı qeydə alınmayıb, onlar sağ-salamatdırlar" - deyə o qeyd edib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












