Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”, - qurumdan bildirilib. Rəsmi informasiyaya əsasən, Xerson vilayətində Rusiya işğalçılarına qarşı etiraz aksiyaları keçirilir: “Ruslar isə yerli əhaliyə qarşı terror törədirlər. Onlar bütün istiqamətlərdə canlı qüvvə və texnika baxımından itki verməkdədirlər. Ukrayna xalqının müqaviməti davam edir”.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...












