Ukraynada olan 6 azərbaycanlı sürücü təxliyyə EDİLDİ
Gündəm
28 Fevral 2022 19:16

Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. İlkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər. Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Bildirilir ki, təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir. "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır", - nazirliyin açıqlamasında deyilir.
Oxunub : 1194
DİGƏR XƏBƏRLƏR
4 Oktyabr 2026 11:08
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
3 Oktyabr 2026 15:45
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
3 Oktyabr 2026 14:00
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
3 Oktyabr 2026 11:24
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
ŞƏRH YAZ












