Ukraynadakı azərbaycanlı TIR sürücüləri təxliyə olunur - VİDEO

Ukraynada müharibə zonasında olan azərbaycanlı sürücülərin təhlükəsiz ərazilərə təxliyəsi istiqamətində işlər davam edir.
Avtosfer.az-ın məlumatına görə, yük avtomobili sürücüləri əsasən Moldova və Rumıniya ərazilərindən keçməklə təxliyə edilirlər. Proses Azərbaycanın Moldovadakı diplomatik korpusunun köməyi ilə həyata keçirilir. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) mətbuat katibi Ruslan Eldaroğlu deyib ki, təxliyə işlərinə ötən gündən başlanıb. Onun sözlərinə görə, sürücülər yanacaqla təmin olunublar. Təxliyə olunan sürücülər isə çətinliklə üzləşdiklərini deyiblər. ABADA rəsmisi bildirib ki, hazırda Ukrayna ərazisində Azərbaycana məxsus yük avtomobilləri daha çox Kiyev, Odessa və Xarkov şəhərlərində cəmləşib. Odessa şəhəri nisbətən təhlükəsiz olduğundan ilk olaraq bu şəhərdə olan sürücüərin təxliyəsi həyata keçirilir. Xatırladaq ki, Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə yoxdur. Bir sürücü ambulator müayinə edilib. İki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır. Rəsmi orqanlar, səfirlik tərəfindən həmin şəxslər diqqətdə saxlanılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












