Ukraynadakı hərbi təyyarə qəzasında 22 nəfər öldü - VİDEO

Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı bəzi məlumatlar əldə edilib. Xarkov qubernatoru tərəfindən qəza nəticəsində göyərtədə olan 28 nəfərdən 22-sinin öldüyü, iki nəfərin yaralandığı bildirilisə də, qalan dörd şəxsin taleyi müəmmalıdır.
Bildirilib ki, onlar təyyarə yerə çaxılmamışdan öncə tullanmağa macal tapıblar. Hazırda meşəlik ərazidə onların axtarışı davam etdirilir.
Qəzaya səbəb kimi təyyarənin motorlarından birinin xarab olması göstərilir.
00:00
Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
TASS xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.
Məlumata görə, insident nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.
“Hadisə yerindəyik. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Təəssüf ki, 22 nəfər ölüb, 2 nəfər sağ qalıb (bir nəfər ağır vəziyyətdədir), hazırda dörd nəfərin taleyi məlum deyil. Həyatları üçün dua edirik, təcili tibbi yardım göstəririk”, - deyə Kuçer özünün “Telegram” səhifəsində yazıb.
23:29
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.
“Haber Global” xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 18 kursant və beş ekipaj üzvü olub.
Aviaqəza nəticəsində 20 nəfərin öldüyünü, 2 nəfərinsə ağır yaralandığı bildirilib.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












