Ukraynadakı səfirimiz Elmira Axundova niyə görünmür?-AÇIQLAMA

Ukraynada müharibə başladıqdan sonra Azərbaycan səfiri Elmira Axundovanın proseslərdə görünməməsi, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi cəmiyyətdə bir sıra suallar yaradıb.
Avtosfer.az bildirir ki, bu ağır günlərdə səfirin fəaliyətinin qanedici olmaması tənqid olunub. Ukraynadan qayıdan araşdırmaçı jurnalist Eynulla Fətullyev Elmira Axundovanın nə üçün görünməməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, səfir çox ağır əməliyyatdan çıxıb, və səhhəti ona prosesdə fəal iştirak etməyə imkan vermir: “Yazmaq istəmirdim, amma yazacağam! Səfir Elmira Axundovaya qarşı ədalətsiz və sərt münasibət bəsləyirik. Təxminən bir ay öncə Elmira xanım Türkiyədə ağır onkoloji əməliyyatdan çıxıb. Amma ağır xəstəliyə və ağrılara rəğmən prezidentin Kiyevə səfəri öncəsi öz xidməti vəzifəsinin icraatına dönüb. Mən bunu bilirəm! Hətta məşhur jurnalist Qordonla görüşdən sonra Elmira xanım gözümün qarşısında kəskin ağrılardan əziyyət çəkdi. Elmira xanım məğrurluğuna sığışdırmır, bunları söyləmir. Qadlndır! Amma mən ondan icazəsiz (yəqin bağışlayar!) deyəcəm. Elmira Axundovanın sağlamlığı imkan versəydi vəzifə başında olardı! Hamınızdan xahiş edirəm bu mövzunun üstündən keçək!”-deyə E.Fətullayev yazıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












