Ukraynadan təxliyə olunan tələbələr hansı universitetlərə yerləşdirilə bilər?

“Hazırda Təhsil Nazirliyi tərəfindən açıqlanan fikir ondan ibarətdir ki, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsi gündəmdə deyil. Bunun da başlıca səbəbi Ukrayna universitetlərində oxuyan həmyerlilərimizin çoxunun dövlət xətti ilə deyil, öz hesablarına, yaxud da ayrı-ayrı təhsil şirkətlərinin xətti ilə orada təhsil almasıdır. Fikrimcə, müvafiq müsabiqə şərtləri müəyyənləşdirməklə, Ukraynadakı mövcud vəziyyət stabilləşənə və tələbələr ora qayıdanadək onların tələbə potensialı az olan ölkə universitetlərinə yerləşdirilməsi təmin olunmalıdır”.
Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Təhsil eksperti bildirib ki, bəzi özəl universitetlər var ki, orada bəzi ixtisaslar üzrə müəyyən qədər boş yerlər var.
Ukraynadan təxliyə olunan azərbaycanlı tələbələrin bu universitetlərə köçürülməsi mümkündür.
Elçin Əfəndi bildirib ki, bu tələbələrin köçürülməsi ilə bağlı qərarı ya Nazirlər Kabineti verə bilər, ya da Kabinetin göstərişi əsasında Təhsil Nazirliyi:
“Ancaq hazırkı vəziyyətdə hər iki qurum sözügedən məsələ ilə bağlı qərar verilə bilmir. Çünki proseslərin hansı müddət ərzində davam edəcəyi, tez və ya gec bitəcəyi dəqiq bilinmir. Bu səbəbdən də hələ ki, müvafiq qurumlar gözləmə mövqeyindədir.
Hesab edirəm ki, əgər müharibə uzun müddət davam edərsə, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən lazımı addımlar atılacaq və atılmalıdır da... 20 minə yaxın tələbənin təhsildən kənarda qalmasına yol vermək olmaz”.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










