Uşaqlar və böyüklər yol hərəkətini öyrəndilər - FOTOLAR

«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə daha bir tədbir keçirib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr” adlı layihə çərçivəsində baş tutan tədbirdə DYP əməkdaşları, Baş Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, şagirdlər, gənc sürücülər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzinin avtoşəhərciyində baş tutan tədbirdə çıxış edən mərkəz rəhbərliyi uşaqlara göstərilən dövlət qayğısından danışıb, ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın daim uşaqların yanında olduğunu bildirib.
Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, uşaqların qorumaq hər bir valideynin borcudur. Son vaxtlar baş verən yol qəzaları qurbanları arasında uşaqların sayının artdığını deyən DYP rəsmisi qeyd edib ki, uşaqların yol qəzalarından qorunması onların orta məktəblərdə aldığı təlim-tərbiyyədən asılıdır.
«Jurnalistika və İnkişaf Mərkəzi»nin sədri Elməddin Muradlı isə bu ilin 4 ayı ərzində ölkə üzrə baş vermiş yol qəzalarında 21 azyaşlının həlak olmasını, 47-nin isə yaralanmasını ağır nəticə kimi qiymətləndirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr yol hərəkəti təhlükəsizliyinə xidmət edir və əsasın orta məktəbləri əhatə edir. Uşaqların yol hərəkəti qaydalarını öyrənməyə həvəslə yanaşdığını deyən təşkilat sədri bildirib ki, valideynlər bu işdə maraqlı olmalıdır: «Elə valideynlər var ki, bəlkə də ömründə bir dəfə də övladına demir ki, yolu necə keçmək lazımdır, piyada keçidi, svetafor nədir və ya nə üçün lazımdır. Belə ailələr var və təəssüflər olsun ki, faciə baş verdikdən sonra sanki yuxudan ayılırlar. Uşaqları qorumaq hər birimizin borcudur. Heç bir valideyn istəməz ki, uşağının barmağına daş dəysin. Amma hər bir valideyn də daşın dəyməməsi üçün vaxtında təlim-tərbiyyə işə ciddi məşğul olmalıdır».
Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, uşaqlar yol hərəkətinin ən zəif və köməksiz iştirakçıları olduğu üçün sürücülər onlara qarşı xüsusilə diqqətlə yanaşmalıdırlar: «Uşaqların da yaşamaq, böyüyüb layiqli vətəndaş olmaq hüququ var. Lakin təəssüflər olsun ki, bəzi böyüklərin səhvi ucbatından il ərzində onlarla uşağın ömrü yarımçıq qalır».
Tədbirin sonunda sürücülər üçün müasir təlim mərkəzində əyani vəsaiətlərdən istifadə etməklə təlim keçirilib, «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən çap olunan maarifləndirici materiallar uşaqlara və sürücü valideynlərə paylanılıb.
Nurlan
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
























