“Uşaqların hərbi əməliyyatlardan zərər çəkdiyini görmək dəhşətlidir”

“Biz bu gün Gəncəyə səfərimiz zamanı hərbi əməliyyatlar nəticəsində mülki əhalinin necə zərər çəkdiyini gördük”.
Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.
Onun sözlərinə görə, mülki vətəndaşların, xüsusəndə uşaqların hərbi əməliyyatlardan zərər çəkdiyini görmək dəhşətlidir: “Biz çox şadıq ki, Azərbaycan torpaqlarına sülh gəlib. Ağdama səfərimiz zamanı çox dəhşətli dağıntılar gördük. Hesab edirik ki, insanların orada yaşadığı zaman mövcud olan sevinc yenidən Ağdama qayıdır. Bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, özbəkistanlı mühəndislər və mütəxəssislər Qarabağda infrastrukturun, tarixi abidələrin, məscidlərin bərpasında aktiv iştirak edəcək”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












