ÜST: Avropada gənclər arasında koronavirusa yoluxma halları artıb

Hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib. "Qış fəslinin gəlişi ilə bu gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə xəstəxanaya müraciətlərin və ölümlərin sayı artacaq", - deyə ÜST rəsmisi bildirib.
Hans Kluqe gənclərə çağırış edib: "Heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir".
Regional direktorun fikrincə, indiyə qədər olan təcrübə göstərir ki, kütləvi testlərin aparılması və koronavirusla bağlı izləmə sistemi pandemiya ilə mübarizədə effektiv təsir göstərir. "Biz indi ölkələrin virusun yayılma sürətini və şiddətini təəccüblə qarşıladığı fevral ayındakı kimi deyilik. Bunun əvəzinə indi bizim üçün əsas olan sayıqlıqdır və vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər məlumatlıyıq", - deyə Hans Kluqe bildirib. (APA)
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO











