ÜST azərbaycanlı alimin peyvənd dozaları ilə bağlı mövqeyini təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin bir müddət əvvəl koronavirus əleyhinə vurulan birinci və ikinci doza peyvəndlərin müxtəlif şirkətlərə aid olmasının yolverilməz olduğu barədə söylədiyi elmi fikirlərini təsdiqləyib.
Avtosfer.az-ın məlumatına görə, təşkilat koronavirusa qarşı vaksinasiya çərçivəsində birinci və ikinci dozanın fərqli peyvənd preparatlarından seçilməsini tövsiyə etməyib. Beləliklə, ÜST vaksinasiya zamanı hər iki dozanın eyni istehsalçının peyvəndi əsasında vurulmasını tövsiyə edib.
Xatırladaq ki, N.Abdullayev bir neçə gün əvvəl İctimai Televiziyanın efirində yayımlanan "Sabaha saxlamayaq" verilişində müzakirələr zamanı koronavirus əleyhinə vurulan birinci və ikinci doza peyvəndlərin müxtəlif dərman vaksinlərinə aid olmasının yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, birinci doza hansı peyvənd vurulubsa, ikinci doza da eyni peyvənd vurulmalıdır. Azərbaycanlı alim deyib ki, birinci və ikinci doza peyvəndlərinin fərqli olması yolverilməz və absurddur. Bununla yanaşı, N.Abdullayev vaksinasiya zamanı bir ildən sonra vurulan ikinci peyvəndin fərqli şirkətə aid olmasının zərəri olmadığını qeyd edib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











